Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş bu dəfə də ermənilərə dəstək olub.

"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə o, İzmirdə qondarma erməni soyqırımından danışıb.

Dəmirtaş 1915-ci ildə qətlə yetirilən hər kəsi anırıq deyərək soyqırımı sözünü işlədib:

"Bu gün 101 il öncə erməni soyqırımının başladığı gündür. Ermənilər bu torpaqlarda öldürüldüyünü, kürdlər isə bu torpaqlarda yaşadıqlarını sübut etməyə çalışırlar".

Qeyd edək ki, HDP PKK-nın bir qolu hesab olunur.