Aprelin 24-ə keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycan kəndlərini artilleriya atəşinə tutub.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi xəbər yayıb.

Xəbərdə qeyd olunur ki, atəş nəticəsində Tərtər rayonunun Şıxarx qəsəbə sakininə məxsus ev dağıdılıb.

Nazirlik dağıdılan evin fotolarını da paylaşıb: