Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşlarının maaşı qaldırılıb.

Mia.az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib. 

O, bu addımı müsbət dəyərləndirib:

"21.04.2016-cı il tarixli əmr-qərara əsasən, SOCAR strukturuna daxil olan qurumlarda failiyyət göstərən işçilərin tarif (vəzifə)maaşları 01.04.2016-cı il tarixindən 10% artırılıb".