Azərbaycan Ordusunun zabiti həlak olub.

Müdafə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, təhlükəsizlik qaydalarının pozulması nəticəsində bir hərbi qulluqçumuz, polkovnik-leytenant Axundov Sənan Tahir oğlu həlak olub. Allah rəhmət eləsin!

***

Təhlükəsizlik qaydalarının pozulması nəticəsində həyatını itirən polkovnik-leytenant Sənan Axundov müğənni Günay İbrahimlinin qohumudur.

Bu barədə müğənni sosial şəbəkədə məlumat yayıb. "Polkovnik-leytenant Sənan Axundov Lələ təpə istiqamətində minaya düşərək şəhid olub. İki gün idi ki, polkovnik rütbəsi almışdı, çox pis oldum, evin tək oğlu idi. Allah rəhmət eləsin, səbr versin”. Müdafə Nazirliyi mətbuat xidmətindən bildirilib ki, S.Axundov təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub.