ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) separatçı Dağlıq Qarabağ Respublikasının rəhbəri Bako Saakyan ilə görüşüblər. Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının hazırkı mərhələsi və perspektivləri ilə bağlı bir sıra məsələlər müzakirə olunub. Separatçı rejim rəhbəri Bako Saakyan görüş zamanı bildirib ki, separatçı Dağlıq Qarabağ Respublikasının danışıqlar prosesində tam hüquqlu iştirakı olmadan münaqişənin yekun və hərtərəfli həlli mümkün deyil. O həmçinin qeyd edib ki, Azərbaycanın hərbi mahiyyətli ritorikaları münaqişənin nizamlanması yolunda əsas