Ermənistan Müdafiə Nazirliyi Qarabağın şimal istiqamətində atəşkəs rejiminin pozulması zamanı 2 hərbçi qulluqçusunun yaralanması barədə məlumat verib.

Cəbhə xəttinin Talış kəndi istiqamətində baş verən döyüşlər zamanı 2 hərbi qulluqçu – Erik Matevosyan (1991-ci il) və Azat Barsamyan (1996-cı il) yaralanıblar.