Ermənistanda hökumətə qarşı etiraz aksiyasında iştirak edənlər təhdid olunur.

Mia.az ANS-ə istinadən xəbər verir ki, bu barədə erməni mətbuatı xəbər yayıb.

Verilən məlumata görə, dünən Kotayk vilayəti Qarni kəndinin sakininə zəng edən naməlum şəxs onları "oğlunu Qarabağa əsgərliyə göndərəcəyik" deyə hədələyib. Hədələnən şəxs keçirilən etiraz aksiyası zamanı Ermənistanın baş naziri "Ovik Abramyana istefa!" yazılan plakat tutmuş Qarni kənd sakini Arusyak Ayvazyan olub.

Onun atasına zəng edən şəxs oğlunun özünü yığışdırmasını tələb edərək əks halda onu Qarabağa döyüş zonasına göndərməklə hədələyib.

Aksiyada iştirak etmiş digər şəxslər də təhdid zəngləri aldıqlarını təsdiq ediblər. Aprelin 13-də hökümətə etiraz edən sakinlər Qeqard kompleksinə gedən yolu 8 saat bağlayiblar.