Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti çərçivəsində Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə göüşüb.

Görüşdə prezident İlham Əliyev Türkiyənin dünyadakı yeri və təsirinin yüksək olduğunu bildirib. 15 dəqiqə davam edən görüşdə həmçinin Ermənistan- Azərbaycan təmas xəttində baş verən son hadisələrdə də müzakirə edilib.

Davudoğlu son döyüşlərdə ordumuzun şəhid verməsi ilə bağlı Azərbaycan prezidentinə başsağlığı verib. Qeyd edib ki, Türkiyənin hər zaman Azərbaycanın yanındadır.

Prezident İlham Əliyev isə öz növbəsində Türkiyənin Azərbaycana verdiyi dəstəyə görə Əhməd Davudoğluya təşəkkürünü bildirib.