Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak etmək üçün Türkiyəyə işgüzar səfərə gediblər.

Mia.az xəbər verir ki, İstanbulun Atatürk Beynəlxalq hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Xatırladaq ki, səfər çərçivəsində İlham Əliyevin Ərdoğanla təkbətək görüşü də gözlənilir.