Göyçayda üç yaşlı uşağın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, rayonun Mırtı kəndi sakini 2007-ci il təvəllüdlü Nihad Şirinov həyətlərindəki hovuza düşərək boğulub. Faktla bağlı araşdırma aparılır.