Prezident İlham Əliyev bu gün bir neçə təyinatla bağlı sərəncam verib.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin edilib.

Digər sərəncamla isə Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsindən azad edilərək,  Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru təyin olunub.