Azərbaycan 3 gün müddətində ermənitərəfinə ümumilikdə 21hərbçinin meyitini verib.
Bu barədə Qarabağ separatçılarının sözçüsü David Babayan "RİA-Novosti” agentliyinə açıqlamasında deyib. Onun sözlərinə görə, 19 meyit aprelin 10-da, 2 meyit isə 8-də verilib.
Qeyd edək ki, bundan öncə 2-5 aprel tarixlərində cəbhədə baş verən hərbi əməliyyatlar zaman döyüş meydanında meyitləri qalan hərbçilərin nəşinin dəyişdirilməsi barədə razılıq əldə olunub. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatınagörə, proses Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in vasitəçiliyi ilə həyata keçirilib. Ötəngün meyitlərin dəyişilməsi prosesində ermənilər yenidən atəşkəsi pozublar.
Ermənistan Müdafiə Nazirliyi isə aprelin 8-də Azərbaycandan 5 erməni hərbçinin meyitini təhvil aldıqlarını açıqlamışdı.