Şəhid pilotlar - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyev dəfn olunublar.
Mia.az xəbər verir ki, qəhrəman hərbçilər II Şəhidlər xiyabanında torpağa tapşırılıblar.
Şəhidlərin ruhuna dualar oxunub, yaylım atəşi açılıb, Azərbaycanın dövlət himni səsləndirilib.
Şəhidlərin tabutu bükülmüş bayraq yaxınlarına verilib.
Dəfn zamanı "Şəhidlər ölməz, vətən bölünməz" şüarı səsləndirilib.
***
Aprelin 2-də gedən döyüşlərdə erməni mövqelərinə aviasia zərbələri zamanı düşmən tərəfindən vurulan Mİ-24 helikopterində şəhid olmuş qəhrəman pilotlarımız – mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılovla və düşmənlə döyüşlərdə qəhrəmanlıqla həlak olmuş digər hərbçimiz – Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenatı polkovnik-leytenat Murad Mirzəyevlə bu gün vida mərasimi keçirilir.
Trend-in məlumatına görə, mərasim Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində təşkil olunub.
Mərasimdə şəhidlərin yaxınları, dövlət və hökumət rəsmiləri, deputatlar, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Şəhidlər II Fəxri Xiyabanda dəfn ediləcəklər.














