Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti döyüş zonasında həlak olanların meyitlərinin götürülməsi ilə bağlı yeni açıqlama yayıb.
Mia.az nazirliyə istinadən xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 16.00-dan 19.00-dək cəbhə xəttinin müəyyən olunmuş istiqamətlərində ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə hər iki tərəfin razılığına əsasən hərbi qulluqçuların meyitlərinin döyüş meydanından çıxarılması əməliyyatı həyata keçiriləcək.