Rusiya Baş naziri Dmitri Medvedevin Azərbaycana rəsmi səfəri başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Rusiya Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dmitri Medvedevi Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə və digər rəsmi şəxslər yola salıblar.
