Azərbaycanda rəsmi səfərdə olan Rusiyanın baş naziri Dmitri Medvedyev bu gün Şəhidlər xiyabanını da ziyarət edib.

Mia.az xəbər verir ki, o, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzüb, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Dmitri Medvedyev Azərbaycan paytaxtının mənzərəsini seyr edib.