Üç günlük müharibəni atəşkəs çağırışlarıyla dayandırmağa nail olan Rusiyanın paytaxtı Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyi Xarici İşlər Nazirləri Şurasının yığıncağına Elmar Məmmədyarov da iştirak edib.
Strateq.az-ın məlumatına görə, Azərbaycanın baş diplomatı bu toplantıda erməni həmkarı Edvard Nalbandyanla əl tutub görüşməsiylə dünya mətbuatının diqqətini cəlb edib.
Bir çox analitiklər bu əl-ələ görüşməni gərginliyin aradan qaldırılması ümidi kimi qiymətləndiriblər.
