Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 114 dəfə atəş zərbəsi endirib.
AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin açdığı cavab atəşi nəticəsində 2 erməni əsgər öldürülüb və bir neçə əsgər yaralanıb.
Ölənlərin 20 yaşlı müddətli hərbi xidmətdə olan Qevork Aşotoviç Mqdesyan və 33 yaşlı müqavilə ilə qulluq edən Qraç Muradyan olduğu bildirilir.