Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs əldə edilməsi barədə razılıq Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin aprelin 5-də Moskvada keçirilən görüşü zamanı əldə edilib.

"İnterfaks"a xəbər verir ki, bunu Ermənistan müdafiə naziri Seyran Ohanyan hökumətin bu gün keçirilən iclası zamanı bildirib.

"Aprelin 5-də Moskvada iki ölkənin Baş Qərargah rəislərinin görüşü oldu və atəşin dayandırılması ilə bağlı razılığa gəlindi”, - deyə, o, söyləyib.

APA