Milli Məclisin deputatı Asim Mollazadə ?Cənubi Qafqazda təhlükəsizlik və sabitlik, Dağlıq Qarabağ və uğurlu həll yollarının axtarılması və ya uğursuzluq? mövzusuna həsr edilmiş dəyirmi masada iştirak etmək üçün martın 25-də Belçikanın Brüssel şəhərinə səfər edəcək. Avropa Siyasəti Mərkəzi tərəfindən həyata keçiriləcək tədbirdə Cənubi Qafqaz ərazisindəki münaqişələrin aradan qaldırılması, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, bölgədə sülh və sabitliyin bərpası və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq. Səfər martın 27-də başa çatacaq.