Xəbər verildiyi kimi, müxalifət partiyalarının rəhbərləri bu gün saat 12:00-da ADP-nin qərargahında bir araya gəliblər. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ADP-nin təşkilatçılığı ilə keçirilən bu tədbirdə Dağlıq Qarabağ məsələsi müzakirə olunacaq. Qeyd edək ki, müzakirələrdə Müsavat, ADP, AXCP, ALP, AMİP, Ümid, VİP, KXCP sədrlərinin iştirakı planlaşdırılıb. Hazırda toplantı qapalı keçirilir. Toplantıdan sonra mətbuat üçün birinfiq keçiriləcəyi bildirilir.