ilham Əliyev: ?Qarabağ münaqizəsi üzrə danızıqların əsas hissəsi baza çatıb?
?Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqlar prosesinə ümid edirik və biz bu istiqamətdə səylərimizi davam etdirməliyik?. Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Novruz şənliyində iştirakı zamanı bildirib.
?Bu gün biz münaqişənin həlli üzrə danışıqlar prosesinin həlledici mərhələsindəyik. Danışıqların əsas hissəsi prinsip etibarı ilə başa çatıb. Deyə bilərəm ki, təqdim olunan təkliflər bütövlükdə müəyyən kiçik istisnalarla Azərbaycanın maraqlarını və ərazi bütövlüyünü, bütün işğal olunmuş rayonların Azərbaycanın nəzarətinə qaytarılmasını təmin edir?, - deyə İlham Əliyev bildirib.
Prezident hesab edir ki, qarşı tərəf konstruktivlik nümayiş etdirərsə və təklif edilmiş variantla razılaşarsa, münaqişənin tezliklə həllinə nail olmaq olar.
?Biz öz mövqeyimizdən bir addım belə geri atmamışıq. Bir neçə il öncə nə demişiksə, həmin mövqenin üstündə dayanırıq. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb, olmayacaq da?, - deyə İlham Əliyev vurğulayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08