"Biz Dağlıq Qarabağdakı vəziyyətdən narahatıq".
Bunu NATO-Gürcüstan Xalq Diplomatiyası forumunda çıxışı zamanı Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili söyləyib.
O, beynəlxalq ictimaiyyətin səyi nəticəsində Qarabağdakı situasiyanın sakitləşə biləcəyini söyləyib. Kvirikaşvili bölgənin sülhə ehtiyacı olduğunu da bildirib(Axar.az).
Qeyd edək ki, Kvirikaşvili bundan öncə Qarabağ konflikti ilə əlaqədar olaraq ölkə hərbi komandanları ilə görüş keçirib.