Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Prezident İlham Əliyevə Qarabağdakı gərgin döyüşlərdə həlak olan qəhrəman əsgərlərimizlə bağlı zəng vurub.
Mia.az xəbər verir ki, bu barədə Türkiyə mediası xəbər yayıb.
Məlumatda qeyd olunur ki, Ərdoğan cəbhədə şəhid olan əsgərlərimizə görə İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub, 100-dən artıq erməni əsgəri isə məhv edilib.