Tərtər rayon İcra Hakimiyyətinin başçısı cəbhədəki son gərginliklə bağlı danışıb.

Müstəqim Məmmədov "Qafqazinfo” açıqlamasında hazırda hər şeyin qaydasında olduğunu bildirib və bir nəfərin öldüyünü təsdiqləyib:

"Hər şey normaldır, panikaya əsas yoxdur”.

Qeyd edək ki,erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində Tərtərin Qarağacı kəndinin bir sakini ölmüş, digəri isə xəstəxanaya aparılarkən yolda qəzaya düşərək dünyasını dəyişmişdi.