Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin ermənilər tərəfindən vurulması barədə Ermənistan mətbuatında yazılanlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bu barədə yayılan məlumatlar kökündən yalandır: 

"Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus aviasiya dəstələri tam heyətdə yerindədir”

Qeyd edək ki, ermənilər Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulması barədə məlumat yayıb.