Əməkdar artist Yaqub Zurufçu Novruz bayramı münasibətilə Amerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlılar üçün silsilə konsertlər verir. Yaqub Zurufçu ANS PRESS-ə bildirib ki, artıq ilk konserti Vaşinqtonda baş tutub. Müğənni daha sonra Nyu-York, Denver, Dallas, Los-Anceles, San Fransisko, San-Diyeqoya səfər edəcək. Y. Zurufçu bildirib ki, o, Amerikada ildə bir dəfə, yalnız Novruz bayramı ərəfəsində məhz azərbaycanlılar üçün konsert verir.