Azərbaycanın ?Eurovision-2010? mahnısı - ?Drip Drop? seçildi (Video)
Bu ilin mayında Olsoda keçiriləcək 55-ci ?Eurovision? Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisi Səfurə Əlizadə Stefan Örn və Sandra Bjurmanın ?Drip Drop? mahnısını ifa edəcək. Bu açıqlamanı ?www.itv.az saytına ?Eurovision? müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli verib. Onun sözlərinə görə, ?Drip Drop? üç mahnı arasından seçilib.
A.Kərimli bildirib ki, mahnı nümayəndə heyətləri rəhbərlərinin martın 21-22-də Osloda keçiriləcək toplantısında rəsmi olaraq təqdim olunacaq.
Qeyd edək ki, Azərbaycan müsabiqənin mayın 27-də keçiriləcək II yarımfinalında finala çıxmaq uğrunda mübarizə aparacaq. Mayın 25-i müsabiqənin I yarımfinalı, 29-da isə finalı keçiriləcək.
[flash width=425 height=350]http://www.youtube.com/v/kBvatb543XQ[/flash]
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47