Vergilər nazirinin müavini İlkin Etibar oğlu Vəliyevə III dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.

Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb​(APA).

Xatırladaq ki, ötən gün ölkə başçısının sərəncamı ilə İ.Vəliyev vergilər nazirinin müavini təyin edilib.