Son bir neçə gün ərzində, DSX-də yoxlamalar aparılıb. Yoxlamalar zamanı qurumda ciddi qanun pozuntularına yol verildiyi məlum olub.
Məlumata görə, yoxlamalardan sonra Dövlət Sərhəd Xidmətinin 4 generalı sərəncama götürülüb. Onlar İlham Mehdiyev, Ehram Hacıyev, Cavid Qurbanov və kadrlar şöbəsinin rəisi Elçin İbrahimovdur.
Onu da bildirək ki, qanun pozuntularıyla bağlı DSX-də təşviş yaranıb. Xidmət rəisi Elçin Quliyevin daha bir neçə nəfəri işdən çıxaracağı gözlənilir(Aznews.az).
Azərbaycan Dövlət Sərhəd Xidməti qurumda yoxlamalar aparılması və dörd generalın sərəncama göndərilməsi barədə bəzi KİV-lərdə yayılan xəbərə münasibət bildirib.
DSX-nın Mətbuat Mərkəzindən APA-ya bildirilib ki, onlarda heç bir yoxlama həyata keçirilmir, və generalların sərəncama göndərilməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil və tamamilə yalandır.