Prezident İlham Əliyev bu gün Bakı şəhər Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyevin haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə İbrahim Əsgər oğlu Mehdiyev "Şöhrət” ordeni ilə təltif edilib.

Xatırladaq ki, aprelin 1-də icra başçısının 70 yaşı tamam olacaq.

Mia.az