Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Bakının Binəqədi rayonunda hazırda məcburi köçkünlərinin məskunlaşdığı birmərtəbəli inzibati binanın dam örtüyünün yanar konstruksiyaları 720 kv.m sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı mənzillərdən 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Yanğın saat 02:16-da söndürülüb.

* * *00:57

Bakının Novxanı qəsəbəsində yanğın baş verib. Musavat.com-un məlumatına görə, bir qədər əvvəl qəsəbədəki pansionatda güclü yanğın başlayıb.

Pansionatda məcburi köçkünlərin məskunlaşdığı bildirilir. Yanğının hansı səbəbdən başladığı məlum deyil.

Hadisə yerinə FHN-in Döblət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib. Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.