Belçikanın paytaxtı Brüssel şəhərində yerləşən Zaventem hava limanında 2 partlayış baş verib.
Terror aktı hesab edilən partlayış nəticəsində ən az 12 nəfərin yaralandığı bildirilir.
Məlumata görə, partlayışlardan biri apronda, digəri isə terminal binasında baş verib. Hadisə şahidlərindən birinin sözlərinə görə, partlayışlardan biri "American Airways”in bürosunun yerləşdiyi yerin yaxınlığında olub.
Partlayışdan sonra hava limanının qarşısındakı otel xəstəxanaya çevrilib. Yaralıların müalicəsi burada aparılır. Hava limanındakı sərnişinlər təhlükəsiz yerlərə aparılıblar.
12:05
***
AzNews.azxəbər verir ki, Brüssel aeroportunda baş verən partlayışlarda 11 nəfər ölüb, 20 nəfər isə yaralanıb.
Partlayışlardan sonra bütün reyslər ləğv edilib.
12:15
***
AzNews.azxəbər verir ki, son məlumata görə, Brüsseldə baş verən partlayış nəticəsində 17 nəfər ölüb, 25 nəfər yaralanıb.
Brüsselde terror - 2 partlayış oldu, 17 nəfər öldü - Yenilənib 2
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08