Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Mia.az teleqraf.com-a istinadən xəbər verir ki, hadisə şəhərin "Depo qəsəbəsi” adlanan ərazisində qeydə alınıb. Həmin ərazidə bir qrup gənc arasında dava olub.

Dava zamanı Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü İlkin Hümbətov bıçaq xəsarəti alıb. İlkin Hümbətov bıçaq xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Faktla bağlı cinayət işi başlanıb.