Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla bir sıra tanınmış siyasətçilər azadlığa buraxılıb.

Sərəncamla Müsavat Partiyası sədrinin müavini, jurnalist Tofiq Yaqublu azadlığa buraxılıb. Bundan əlavə, siyahıya jurnalistlərdən Pərviz Həşimlinin, hüquq müdafiəçiləri Hilal Məmmədov, Rəsul Cəfərov, Anar Məmmədli, Taleh Xasməmmədov, Prezident Aparatının keçmiş işlər müdiri Akif Muradverdiyev, Müsavat Partiyasının üzvləri Yadigar Sadıqov, Nemət Pənahlının da adı daxil edilib.