Prezident İlham Əliyev Bakıda abadlıq işlərinin maddi təminatı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, paytaxtda aparılan yenidənqurma və abadlıq işlərini təmin etmək məqsədilə Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 20 milyon manat məbləğində vəsait ayrılıb.