Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru vəzifəsinə təyinat olub. 

Direktor vəzifəsinə Ədalət Həsənov təyinat alıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən apa-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Şakir Musayev ötən həftə vəzifəsindən azad olunub. Ə. Həsənov Ş. Musayevin müavini olub.