Nizami Gəncəvi adına 5 saylı orta məktəbə yeni direktor təyinatı olub.

Mia.az gün.az-a xəbər verir ki, K.Ağayeva təyinatdan əvvəl həmin məktəbdə direktor müavini ("zavuç”) vəzifəsində çalışıb. O, Sabirabad Regional Təhsil İdarəsi rəhbərinin qızıdır.

Otuz yaşlı xanım direktor ixtisasca riyaziyyat müəllimidir.

Qeyd edək ki, N.Gəncəvi adına 5 saylı məktəb rayonun ən böyük və nüfuzlu məktəbidir. Əvvəlki direktor Bilal Əhmədov bu yaxınlarda vəzifəsindən uzaqlaşdırılıb.

Sabirabad Regional Təhsil İdarəsi Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarını əhatə edir.