Ədalət Partiyası sədrinin müavini Elxan Şükürlü MTN-də ifadə verib
Ədalət Partiyası sədrinin müavini Elxan Şükürlü martın 17-də Milli Təhlükəsizlik Nazirliyində ifadə verib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə E.Şükürlü özü məlumat verib.
E.Şükürlü bildirib ki, onun ifadəsi ?Xural? qəzetinin martın 7-də işıq üzü görmüş sayında gedən şərhi ilə bağlı olub. Qeyd edək ki, E.Şükürlü ?Monitor? jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində MTN zabitinin şübhəli olduğunu iddia edən Eynulla Fətullayevin açıqlamalarına münasibət bildirmişdi.
Sədr müavini onu da qeyd edib ki, ondan ifadəni MTN-in İstintaq İdarəsinin rəis müavini Faiq Qəniyev alıb: "Əslində mən dünən çağırılmışdım. Sadəcə olaraq, bayram günü olduğundan heç kimi narahat etmədim mətbuata və partiyaya məlumat vermədim. Proses 4 saat çəkdi. F.Qəniyev dedi ki, E.Hüseynovun qətli ilə bağlı son günlər mediada gedən açıqlamalar, şərhlər qətlin istintaqa mane olur. Yəni bir növ xəbərdarlıq etdilər".
Xatıraladaq ki, martın 16-da ?Yeni Müsavat? qəzetinin baş redaktoru Rauf Arifoğlu da E.Fətullayevin E.Hüseynovun qətli barədə ?Yeni Müsavat? qəzetində dərc olunmuş açıqlamalarına görə MTN-də ifadə verib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08