"Bəzi gömrük rüsumlarının artırılması, bəzilərinin isə azaldılması mümkündür".

Bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib. 

A.Əliyevin sözlərinə görə, Komitə bu məsələ ilə bağlı artıq hökumətə təkliflər göndərib: 

"Biz yerli istehsalı qorumaq niyyətindəyik. Buna görə də Azərbaycanda istehsal edilən məhsullara görə idxal rüsumlarının artırılması, istehsal edilməyən məhsullara görə isə rüsumların azaldılmasını təklif etmişik"(Report)