Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ixtisarlar davam edir.

Mia.az unikal.org-a istinadən xəbər verir ki, nazir Ramin Quluzadənin əmri ilə Xəzər Rayon Telekommunikasiya Qovşağının rəisi Cavid Həsənov vəzifəsindən kənarlaşdırılıb. Xəbəri Xəzər Rayon Telekommunikasiya Qovşağından da təsdiqləyiblər.

Hazırda Cavid Həsənovdan boşalan vəzifəni baş mühəndis Fərhad Əliyev icra edir.

Mia.az xəbər verir ki, Cavid Həsənov Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun yaxın qohumudur.

Onu da bildirək ki, BTRİB-in hazırda həbsdə olan sabiq baş direktoru Beytulla Hüseynov həbsindən bir neçə ay əvvəl Cavid Həsənovu "şiddətli töhmət"lə cəzalandırmışdı...

Mia.az