Bu gün Prezident İlham Əliyev Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi və sədri təyin edilməsi haqqında sərəncam verib.

Mia.az xəbər verir ki, sərəncama əsasən, İslam Əli oğlu Əliyev Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilib.

Qeyd edək ki, İslam Əliyev yeni vəzifəsinə qədər Ali Məhkəmənin hakimi olub.