Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə nazirlikdə daha bir şöbə müdirini vəzifəsindən azad edib.

Mia.az xəbər verir ki, unikal.org-a daxil olan məlumata görə, nazir bu gün imzaladığı əmrlə nazirliyin Dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin müdiri Mir Heydər İsmayılovu tutduğu vəzifəsindən azad edib.

Qeyd edək ki, Mir Heydər İsmayılov 1991-ci ilin noyabr ayının 20-də helikopter qəzasında həyatını itirmiş Azərbaycan Respublikasının Prezidentinin Dövlət katibi Tofiq İsmayılovun oğludur.