Dövlət başçısı İlham Əliyevin dəfələrlə sərt xəbərdarlıqlarına baxmayaraq, bəzi məmurların qanunlara sayğısızlığı haqda yeni-yeni xəbərlər yayılır. Onların çoxu dövlətin verdiyi xidməti avtomobillərlə yol hərəkət qaydalarını kobud şəkildə pozurlar.

Mia.az xəbər verir ki, belə məmurlardan biri də Ağstafanın icra başçısıdır.

Mia.az Reportyor.tv-yə istinadən xəbər verir ki, fevralın 29-u saat 10:25 radələrində çəkilmiş video-rolikdə Ağstafa rayonunun icra başçısı Məhərrəm Quliyev saatda 110 km sürət həddi olan yolda xidməti avtomobili 200 km sürətlə idarə edib.

Yayılan videoya heç bir şərh vermədən oxuculara təqdim edirik:

Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq.

Ağstafa rayon İcra Başçısı xidməti avtomobilində 200-lə gedərək Mingəçevirin  İcra Başçısın geridə qoydu