Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) parlament seçkilərdən öncə qurultayını keçirəcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə partiyanın mətbuat və təbliğat katibi Əli Orucov məlumat verib. AMİP yetkilisi qeyd edib ki, partiya xeyli müddətdir ki, sədrsiz fəaliyyət göstərir. Bu isə fəaliyyətimizdə müəyyən çətinliklər yaradır: "Baxmayaraq partiyanın Nizamnaməsində səlahiyyət bölgüsü çox dəqiq göstərilib və icra funksiyasını katiblik yerinə yetirir. Lakin qarşıda parlament seçkiləri gəlir. Ona görə də AMİP-in bu prosesdə fəal iştirak etməsi və yüksək uğur qazanması üçün Qurultayın keçirilməsinə zərurət duyulur?. ?Yaxın günlərdə Siyasi Şuranın çağırılacağını? deyən Əli Orucov onu da vurğulayıb ki, ?Siyasi Şuranın qərarından sonra Qurultayın hazırlığına start veriləcəkdir?.