AŞ PA-nın Monitorinq komitəsinin iclasında Azərbaycanla bağlı məruzənin müzakirəsi təxirə salınıb
Avropa Şurası Parlament Assambleyasının Monitorinq komitəsinin iclasında Azərbaycanla bağlı hazırlanmış məruzənin müzakirəsi təxirə salınıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu barədə YAP-ın saytına Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Səmədov məlumat verib.
S.Seyidov bildirib ki, həmməruzəçilərin ölkəmizlə bağlı hazırladığı hesabatın aprel ayında müzakirə edilməsi qərara alınıb. Onun sözlərinə görə, təşkilatın Bürosunun və Daimi komitəsinin iclasında isə Azərbaycanla əlaqədar hər hansı müzakirə aparılmayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51