Bu gün Ermənistan silahlı qüvvələri cəbhə xəttinin 2 istiqamətində hərbi təlimlərə başlayıb. Məlumata görə, təlimlər Ağdamın işğal altındakı Şahbulaqdağı və Uzundərə adlanan ərazilərində keçirilib və 4 saata yaxın davam edib. Təlimlərdə ağır artilleriya və zirehli texnikadan istifadə olunub. Təlimlər zamanı iki güclü partlayış olub. Partlayış səsləri təmas xəttinə yaxın ərazilərdə də aydın eşidilib.