Sumqayıtda orta məktəbdə ölüm hadisəsi baş verib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Qubadlı rayon orta məktəbində direktor müavini Famil Məmmədov dərsdə qəflətən dünyasını dəyişib. Sumqayıt şəhər Polis İdarəsi məlumatı təsdiqləyib. Verilən məlumata görə, məktəbə əməliyyat qrupu gəlib. Mərhumun meyiti müayinə olunmaq üçün ekspertizaya göndərilib. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.