Daxili izlər Nazirliyi vakant vəzifələr üzrə müsabiqə keçirir
Martın 13-də respublikanın şəhər, rayon daxili işlər orqanlarında vakant olan 50 orta rəis heyəti vəzifələrinin tutulması məqsədi ilə elan edilmiş müsabiqənin test mərhələsi keçiriləcək.
DIN mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, ötən ilin ötən ilin noyabr ayında elan edilmiş bu mərhələdə 79 namizəd iştirak edəcək. Namizədlər cinayət-axtarış xidmətində 8, təhqiqat xidmətində 5, polis sahə inspektoru vəzifəsində 25 və yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor vəzifəsində 12 yerə təyinat üçün imtahan verəcəklər. İmtahanların gedişini qeyri-hökumət təşkilatları və Azərbaycanda akkreditə olunmuş səfirliklərin nümayəndələri də izləyəcək.
Müsabiqənin test mərhələsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən saat 10.00-da Bakı Qızlar Universitetinin inzibati binasında keçiriləcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08