Türkiyə baş nazirinin köməkçisi Yalçın Akdoğan Rusiya və onun prezidenti Putinə qarşı ağır ittihamlar səsləndirib.
Mia.az xəbər verir ki, bu gün açıqlama verən baş nazirin yardımçısı Rusiyanın ötən gün Ankaradakı qanlı terrorda həyatını itirənlərə başsağlığını da sərt tənqid edib:
"Bu ölkə PKK, YPG, İŞİD və bölgədəki bütün qanlı terror qruplarına, terroristlərə silah verir, onları Türkiyəyə qarşı hərəkətləndirir, sonra da utanmaz-utanmaz durub, terrorda həyatı itirənlərə başsağlığı verirlər. Putin Rusiya tarixində ən qəddar cəllad olan Stalindən fərlənməyən biridir".
Mia.az